az en ru
  Dekor tikintisi

DEKORATİV-TEXNİKİ TİKİNTİLƏR

  • Sex rəhbəri: Nəsirov Rafiq
  • Kontakt telefonları: +(99412) 430-87-85

“Azərbaycanfilm” kinostudiyasında çəkilişlər üçün dekorasiyanın tikilməsini və quraşdırılmasını kinostudiyanın dekorativ-texniki tikintilər sexi həyata keçirir.

  

Sexin imkanları bütün xarakterli (tarixi, müasir və s.) və hər cür mürəkkəblikdə olan pavilyonda,  hər hansı qapalı sahədə və ya natur obyektlərində yerləşdirilməsi nəzərdə tutulan  dekorların tikintisini həyata keçirməyə imkan verir. Sex həm də tikilmiş dekorlarda bəzi tərtibat işlərini də həyata keçirə bilər.

Bədii tammetrajlı filmlərdən başqa sex  teleseriallar, musiqi klipləri, reklam çarxları, tele verilişlər, mədəni-kütləvi tədbirlər, təqdimetmə mərasimləri, sərgilər və s. üçün də dekorların  hazırlanmasını və quraşdırılmasını həyata keçirir.



Kinostudiyanın tikdiyi və quraşdırdığı dekorasiyalarda sifarişçiyə lazım olan şərait yaradılır, yəni süni olaraq köhnəldilmişdən tutmuş, fantastik və qeyri-real olan, müxtəlif milli və geoqrafik koloritli olan.

Xidmətlərin növləri:

1.    Dekorların tikintisi

  • İnteryer dekorları (otaqlar, ofislər, kabinetlər, koridorlar və s.)
  •  Landşaft dekorları (şəhər və kənd küçələri, meydanlar, bağ evləri və s.)
  •  Xüsusi dekorlar (dəmiryol vaqonu, gəmi, təyyarə, kosmik gəmi və s.)

2.    Maketlərin hazırlanması
3.    Rəngkarlıq işləri
4.    Üzçəkilmə (drapirovka)
5.    Dülgərlik işləri
6.    Butafor işləri
7.    İşıqların quraşdırılması üçün, asılacaqların quraşdırılması