az en ru
  Direktor M.M.Hətəmov

Müşfiq Mürşüd oğlu Hətəmov 
Direktor

Hətəmov Müşfiq Mürşüd oğlu 6 may 1969-cu ildə anadan olmuşdur. 1976-1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş,1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. 1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi “MM” MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının , reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-ci ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik edir. Ailəlidir.          

 

 

Əlaqə: Tel: (+99412) 430-17-91
E-mail:
azerfilm@mail.ru