az en ru
  Direktor müavini A.B.Quliyev

Quliyev Azər Barat oğlu  
Direktor müavini, produser

Quliyev Azər Barat oğlu 1960-cı ildə anadan olub. 1981-1985-ci illərdə Moskvanın kinematoqrafiya İnstitutunun kinoistehsalının təşkilatı fakültəsini bitirib. 1985-ci ildən 2002-ci ilə qədər “Azərbaycanfilm” kinostudiyasında baş iqtisadçı, 2002-ci ildən isə kinostudiyanın istehsalat və maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Bu illər ərzində “Qəzəlxan” (1993), “Qəm pəncərəsi” (1986) və “Cavadxan” (2009) mürəkkəb quruluşlu tarixi filmlərdə, xarici ölkələrlə müştərək istehsalı olan “Üç qız” (2006), “Salandar”(1995) və “Ondan yaxşı qardaş yox idi” (2010), dərin psixoloji xarakterli “Başqa dünya” (1992) “Ata” (1988) və “Süd dişinin ağrısı” (1987) və müasir problemlərə həsr olunmuş “Qala” (2008), “Buta” (2010) və “Çölçü” (2011) filmlərində icraçı prodüser kimi fəaliyyət göstərmişdir.
Azər Quliyev bir çox filmlərin prodüseri, bəzi film layihələrinin müəllifi və rəhbəridir.
Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Əlaqə: Tel: (+99412) 430-76-59
Mob.: (+99412) 511-19-15
E-mail:  
azercinema@mail.ru