az en ru
   Baş mühəndis T.Y. Babayev

Babayev Tağı Yusif oğlu 
Baş mühəndis, səs operatoru

 

Babayev Tağı Yusif oğlu 1949-cu ildə anadan olub. 1966-1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsində təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında səsyazma sexində səsyazma üzrə texnik, institutu bitirdikdən sonra isə həmin sexin nəzarət-ölçü laboratoriyasında böyük mühəndis vəzifəsində çalışıb. 1974-75-cı illərdə hərbi xidmətini başa vurduqdan sonra 1975-ci ildən səsyazma sexinin rəisi vəzifəsində çalışmış, 1980-ci ildən isə “Azərbaycanfilm” kinostudiyasının texniki məsələlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. Müxtəlif vaxtlarda: Texniki nəzarət şöbəsinin rəisi, istehsalat şöbəsinin rəisi, istehsalat və maliyyə üzrə direktor müavini, texniki xidmətin rəisi vəzifələrində, 2001-ci ildən bu günə qədər isə kinostudiyanın Baş mühəndisi vəzifəsində çalışır.Tağı Babayev bir çox filmlərdə səs operatoru kimi fəaliyyət göstərmişdir. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Əlaqə: Tel: (+99412) 430-77-01
Mob.: (+99450) 323-89-44
E-mail: taqi.babayev@mail.ru
Ünvan: Bakı şəhəri, AZ1052
Əhməd Rəcəbli 28, mənzil 2.