az en ru
  Çəkilişə hazırlıq şöbənin icarə qiymətləri. Güzəşt və qaydalar

                      GEYİMLƏRİN  KATEQORİYASI

Çəkilişə hazırlıq şöbəsi öz arsenalında olan geyim və rekvizitlərin icarə haqqını  kategoriyalara qörə aşagidakı giymətləndirir:
 
1-  ci kateqoriya - “Orta səviyyə”
 
Çox istifadə olunmuş orta vəziyyətdə olanlar – butafor rekvizitlərə -kütləvi səhnə iştirakçılarının geyimləri(Milli , Avropa)  aiddir.    
 
2-ci kateqoriya - “Yaxşı səviyyə”
 
İstifadə olunmuş, lakin yaxşı səviyyədə olan  müasir, tarixi geyim və rekvizitlərə (Milli ,Avropa)  aiddir.                              
 
3-cü kateqoriya - “Əla səviyyə”
 
Az İstifadə olunmuş, əla vəziyyətdə və  maddi dəyəri olan/ tarixi, müasir geyim rekvizitlərə - (Milli/Avropa) aiddir. 
 
4-cü kateqoriya - “Eksklyuziv ”    
                   
Xüsusi dəyər kəsb edən filmlərdə çəkilən: ”Sehirli Xalat” bədii filmindən Sehirli xalat,  “Bir qalanın sirri” filmindən münnəccim obrazının geyimi  və sair, (Milli , Avropa) maddi  dəyəri olan orijinal  əşyalar və geyimlər aid olunur.                                                                                                                                          
                          
                   
                      GÜZƏŞT VƏ QAYDALAR:

İcarə haqqı 500 manat və 1000 mantadək olduğu halda 10%, 1000 manat və 5000 manatadək olduğu halda 20% ,5000 manat və 10000- dək olduqda 30%,10000 manat və 10000-dən çox olduğu zaman icarə haqqı güzəşt  olaraq50% aşağı düşür. 
Uzun müddətli,  yəni 3 ay müddətinə və daha çox, və həmçinin çox geyim və rekvizit götürülən film və  proyektlər üçün sifarişçilərə xüsusi qüzəştl olaraq 1 ay müddəti icarə haqqı  1 günün icarə haqqı hesab olunacaq.
Qəpiklə hesablanan qiymətlər kateqoriyaya nəzərə alınmadan 1 günlük tarix üçün  3-5 ədədək rekvizit və geyimlər götürüldüyü zaman hər bir qəpiklə hesablanan ədədin giyməti 1 manat hesab edilir. Çoxsaylı və qısa müddətli icarələr zamanı, yəni 5 komplekt və ya 25 ədədədək əşya və ya geyim götürüldüyü zaman icarə haqqı geyim və rekvizitlər 3 cü kateqoriya  ilə giymətləndirilir və icarə haqqı 50% endirimlə hesablanır.İcarəyə götürülən geyim və rekvizitlər olduğu kimi geri qaytarılmalıdır. Əks təqdirdə bərpa edilməli və itirilən malın yerinə ona uyğun olan əşya və ya geyimlə  əvəz edilməlidir. Qaytarılmadığı zaman əşya və ya geyimin  “Azərbaycanfilm” kinostudiyasının balansındakı geyimin və ya rekvizitin öz real dəyərinin 10 misli qədərində olan məbləği ödənilməlidir. Eksklyusiv kateqoriyalı rekvizit və geyim itirildiyi zaman 30 misli qədərində olan  məbləğ ödənilməlidir. 
   “Azərbaycanfilm” kinostudiyasının nəzdində yerləşən geyim və rekvizitləri icarəyə götürmrək üçün ilk öncə qeydiyyatdan keçərək öz seçiminizi etdikdən sonra “Azərbaycanfilm” kinostudiyasına  məktub şəklində müraciət olunmalıdır. Təhvil -təslim zamanı  şəxsiyyət vəsiqəsini təqdim etmək  vacibgir. İcarəyə götürülən geyim və əşyalar razılaşdırılınış vaxtda qaytarılmalıdır. Əks təqdirdə nəzərdə tutulmayan qünlərin  qiymət cədvəlinə uyğun olaraq icarə haqqını ödəmək vacibdir.