az en ru
  Elanlar

 

 

   

 

 

 

 

 

 

E L A N !!!

 

 

C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası “Xəzər” film layihəsi müsabiqəsini elan edir.

 


“Xəzər” müsabiqəsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyası və ölkəyə dəvət olunacaq bir sıra müstəqil film  prodüserlərinin əməkdaşlıq layihəsidir.
Müsabiqə çərçivəsində gənc rejissorlar Xəzər dənizi mövzusunda tammetrajlı film layihələrini təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək üçün şərtlər:

  • İlkin mərhədə layihələrin qəbul müddəti: 15 İyun – 15 Avqust, 2013
  • Xəzər dənizi mövzusunda tammetrajlı bədii film layihəsi
  • Büdcəsi 250.000 AZN aşmamaq şərtilə

Müsabiqədə iştirak etmək üçün lazım olan sənədlər (Azərbaycan, İngilis / Rus dillərində):

  • Filmin sinopsisi
  • Filmin ssenarisi
  • Rejissor rəyi
  • Rejissorun filmoqrafiyası (vimeo resursunda)
  • Mümkün olduğu təqdirdə məkan və kastinq slaydları

Növbəti mərhələyə keçən layihələrin müəllifləri (rejissorlar) Sentyabr ayı ərzində dəvət olunacaq xarici prodüserlərə ingilis və ya rus dilində pitçinq edəcəklər.
Müraciət üçün ünvan:
email:
caspian@azerbaijanfilm.az
tel: (012) 530 13 41

-----------------------------------------------------------------------------------------------------------------



Azərbaycan Prodüserlər Gildiyasının

 

 

 

«GENİŞ BAXIŞ» 

 

 

 

 

 

tammetrajlı bədii film üçün ssenari müsabiqəsində  

 

 

 

 

seçilmiş layihənin təqdimatı
 

 

 

 

 

 

May ayının 29-u saat 11:00-da Nizami Kino Mərkəzində Azərbaycan Prodüserlər Gildiyasının növbəti tədbiri keçiriləcək. Tədbirdə yaxın zamanda elan olunmuş ssenari müsabiqəsinin qalibi qeyd olunacaq və seçilmiş layihənin təqdimatı keçiriləcək. Tədbir mətbuat orqanları üçün açıqdır. 

 

 

 

 

 

 

 

 

 

-----------------------------------------------------------------------------------------------------------------

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Prodüserlər Gildiyasının

   

 

«GENİŞ BAXIŞ»

 

 

tammetrajlı bədii film üçün ssenari müsabiqəsi

 Məqsəd:

Müsabiqənin keçirilməsində Azərbaycan Prodüserlər Gildiyasının məqsədi yaradıcılıq istiqamətindən, janr və ifadə üslubundam asılı olmayaraq yüksək səviyyəli müəllif və ya kommersiya xarakterli filmlərin çəkilməsinə dəstək vermək, bu filmlərin geniş  tamaşaçı auditoriyasına çatdırılmasını təmin etmək bununla Azərbaycanda kino industriyanın inkişafına təkan verməkdir. Müasir dövrümüzdə kino sahəsində önəmli yer tutan «prodüser kinosu» anlayışını ölkəmizdə tətbiq etmək gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır. Həmçinin  xarici  kino təşkilatlarını, yerli  prodüser mərkəzləri ilə “co-production” layihələrinə cəlb etmək birgə çəkilmiş filmlərin beynəlxalq kino məkanına çıxışını təmin etməkdir.  

 

 

Şərtlər:

·                  Hər bir şəxs müsabiqəyə ssenarisini təqdim edə bilər. Co-production layihələri üçün nəzərdə tutulmuş ssenarilərin müsabiqədə iştirakına xüsusi önəm verilir.

·                Ssenarinin müəlliflik hüququ onu müsabiqəyə təqdim edən şəxsə məxsus olmalı, digər fiziki və hüquqi şəxslərə aidiyyəti olmamalıdır. Ssenarinin hər hansı istehsalat mərhələsində olması istisna edilir.

·                   Müsabiqəyə təqdim olunan tritment ssenarilər geri qaytarılmır.

·                  Müsabiqəyə istənilən janrda, tammetrajlı bədii film üçün nəzərdə tutulmuş ədəbi ssenarilər qəbul olunur.

·                 Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə tammetrajlı bədii film ssenarisınin tritmenti təqdim olunmalıdır.

·                    Müəllif  tritmentlə birgə tərcümeyi-halını da təqdim etməlidir.

·           Tritmentlər 10 Mart 2013- il  tarixinə kimi AZ1012 Bakı, Moskva prospekti 10 ünvanında yerləşən Azərbaycan Prodüserlər Gildiyasına göndərilməlidir. Həmçinin tritmentləri azproduser@gmail.com elektron ünvanına göndərmək olar. 

 

 

 

 

 

 

              İkinci mərhələyə buraxılan ssenarilərin və onların müəlliflərinin adları 2013-cü il mart ayının 25-də

 

      www.azerbaijanfilm.az

 

 

 

 

 

 

saytında və “Mədəniyyət” qəzetində açıqlanacaqdır.

 

 

 

 

 

      İkinci mərhələdə iştirak edən müəlliflər may ayının 1-dək  tammetrajlı filmin ssenarisini yazılı şəkildə, 2 nüsxə təqdim etməlidirlər.

 

 

 

 

 

    Qaydalar:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    Müsabiqənin nəticəsini Azərbaycan Prodüserlər Gildiyasının 14 təsisçi üzvü öz aralarında keçirəcəkləri gizli səsvermə yolu ilə müəyyən edir.

 

 

 

 

 

 

 

 

 

 

    

 

 

 

Müsabiqənin qalibləri 2013-cü ilin may ayının 10-da açıqlanacaq. 

 

   

Səsvermə yolu ilə seçilmiş 2 ssenari istehsal üçün maliyyələşdiriləcək.   

 

 

 

 

    Müsabiqə ilə bağlı təşkilati işləri Azərbaycan Prodüserlər Gildiyası öz üzərinə götürür.

 

 

 

 

 

 

 

 

     Əlaqə telefonları:    050 239 29 99

 

 

 

 

 

 

                                055 239 29 99    Emil İbrahimov 

 

 

 

 

 

 

 

 

 

 

 

-------------------------------------------------------------------------------------------------------------- 

 

 

 

 

 

 ELAN!!!
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Ən adi soyad"  bədii filminin çəkilişi üçün 7-20 yaş arası slavyan görünüşlü, göygöz,  idman bədən quruluşlu və üzməyi bacaran oğlanlar, həmçinin çəkilişdə iştirak etmək üçün 20-70 yaş arası kişilər və qadınlar dəvət olunur!

 

 

 

 

 

 

 

 

 

 

 

Əlaqə telefonları:

 

 

 

 

 

(050) 314-11-27

 

 

 

 

 

 

(012) 431-90-87

 

 

 

 

 

 

 

Saat 10.00-dan 17.00-a qədər müraciət edə bilərsiniz.