az en ru
  Xəbərlər
Yeni sənədli filmlər nümayiş olunacaq
23/02/2017 - Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "Natiq Qasımov" və "Batalyon" sənədli filmləri nümayiş etdiriləcək.
“Bizim Kino Günləri” layihəsi “İçəri Şəhər” filmi ilə kinoteatrlarda
14/02/2017 - 16 fevral tarixindən etibarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “İçəri Şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.
“Dərs” filminin məktəblilər üçün nümayişi
10/02/2017 - Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə həmçinin “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şərikli çörək”, “Ögey ana” bədii filmləri təqdim edildi.
“İçəri Şəhər” Hindistanın iki şəhərində nümayiş etdirildi
10/02/2017 - “İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri 3-6 fevral tarixlərində Benqaluru və Maysur şəhərlərində keçirilib.
Bizim Kino Günləri 2017 | Qatil
07/02/2017 – 9 fevral tarixindən, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.
8 9 10 11 12 13 14 15 16 17 18