az en ru
  Xəbərlər
Suğra Bağırzadə beynəlxalq mükafata layiq görüldü
12/01/2017 - Azərbaycan Respublikasının Əməkdar artisti Suğra Bağırzadə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifaqı Birləşmiş Millətlərin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “Fayda, Şərəf və Şöhrət”ordeni ilə təltif edildi.
Ənvər Əblucun yubiley tədbiri keçirildi
12/01/2017 - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin – Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.
Həddən artıq uyğunluq | YARAT Film Klub
11/01/2017 - 10 yanvar tarixində YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçirilb. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə filmin yaradıcı heyəti iştirak edib.
Həddən artıq uyğunluq | YARAT Film Klub
06/01/2017 - 10 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.
Ənvər Əblucun 70 illik yubileyi
06/01/2017 - Bu gün Əməkdar incəsənət xadimi, tanınmış rejissor Ənvər Əblucun 70 yaşı tamam olur. Uzun illər Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında çalışan Ənvər Əbluc lentə aldığı bədii və sənədli filmləri ilə qısa zamanda tamaşaçıların rəğbətini qazanıb. Onun ekranlaşdırdığı «Ağ atlı oğlan», «Pəncərə», «Tərsinə çevrilən dünya» və digər tammetrajlı bədii filmləri Azərbaycan kinosunda özünəlayiq yüksək yer tutub.
9 10 11 12 13 14 15 16 17 18 19