az en ru
  Xəbərlər
Filmlərimiz Hindistanın beynəlxalq film festivalında
12/12/2016 - Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub. Festival 3-9 dekabr tarixlərində Yeni Delhi şəhərində keçirilib.
“Sarılar – Qarabağ atının izi ilə” filminin nümayişi
08/12/2016 - Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin nümayişi keçirilib. Nümayiş, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təqdim etdiyi “Milli Filmlər” nümayişlər silsiləsi çərçivəsində baş tutub.
“Həddən artıq uyğunluq” filminin təqdimatı
06/12/2016 - 15 dekabr 2016-cı il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində Ülviyyə Könülün “Həddən artıq uyğunluq” bədii filminin təqdimatı keçiriləcək.
“Sarılar – Qarabağ atının izi ilə” filminin nümayişi
05/12/2016 - 7 dekabr saat 11: 00-da “Sarılar – Qarabağ atının izi ilə” sənədli filminin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda nümayişi baş tutacaq. Giriş sərbəstdir.
“Qatil”in Tbilisi nümayişi
05/12/2016 - Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub. Festival 28 noyabr-4 dekabr tarixlərində Tbilisidə keçirilib. Festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.
10 11 12 13 14 15 16 17 18 19 20