az en ru
  Xəbərlər
“Dərs” filminin məktəblilər üçün nümayişi
10/02/2017 - Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə həmçinin “Sehirli xalat”, “Bir qalanın sirri”, “Şərikli çörək”, “Ögey ana” bədii filmləri təqdim edildi.
“İçəri Şəhər” Hindistanın iki şəhərində nümayiş etdirildi
10/02/2017 - “İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri 3-6 fevral tarixlərində Benqaluru və Maysur şəhərlərində keçirilib.
Bizim Kino Günləri 2017 | Qatil
07/02/2017 – 9 fevral tarixindən, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə layihəsi olan “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində “Qatil” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.
Sevimli rejissorumuz Rafiq Dadaşov dünyasını dəyişib
06/02/2017 – Uzun müddət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışan sevimli rejissorumuz, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rafiq Dadaşov dünyasını dəyişib.
Bizim Kino Günləri | Yarımçıq xatirələr
02/02/2017 - Bu gündən etibarən “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin nümayişinə başlanılır. Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.
2 3 4 5 6 7 8 9 10 11 12