az en ru
  Xəbərlər
Dərs | “Uşaqlar üçün kino” film festivalında
18/04/2017 - Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. 17-21 aprel tarixlərində Samarada keçirilən festivalda filmin quruluşçu rejissoru Rafiq Əliyev iştirak edir.
Azərbaycanfilm | Körpüdə görüşlər
17/04/2017 - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri Müşfiq Hətəmov İstanbul Beynəlxalq Film Festivalı çərçivəsində təşkil olunan “Körpüdə görüşlər” industriya proqramında iştirak edib.
Azərbaycan filmləri Alanya Beynəlxalq Film Festivalında
14/04/2017 - “Çölçü”, “Həddən artıq uyğunluq”, “İçəri Şəhər” və “Qırmızı bağ” filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıblar. Festival 2-8 may tarixlərində Alanya şəhərində keçiriləcək.
“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb
13.04.2017 - Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
“İçəri Şəhər” Los-Ancelesdə film festivalında
12.04.2017 - İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına (SEEfest) dəvət alıb. 27 aprel-4 may tarixlərində Los-Ancelesdə keçirələcək festivalda “İçəri Şəhər”in ssenari həmmüəlifi və baş rolun ifaçısı Təhminə Rafaella filmi təqdim edəcək.
3 4 5 6 7 8 9 10 11 12 13