az en ru
  Xəbərlər
İçəri Şəhər | Worldfest Houston
28.04.2017 - Təhminə Rafaella «Ən yaxşı qadın rolu», Firdovsi Atakişiyev «Ən yaxşı ikinci plan kişi rolu» mükafatlarına nominant elan olunublar.
Xeyirlə Şərin rəqsi | Yarat Film Club
27.04.2017 - 2 may saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. Film Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında ekranlaşdırılıb.
"Dərs" Rusiyada diplom ilə təltif olundu
26.04.2017 - Samarada keçirilən festivalda filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyətmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif olundular.
Azərbaycanın Xalq artisti, aktrisa Həmidə Ömərovanın yubileyi
25.04.2017 - Bu gün Azərbaycanın Xalq artisti, aktrisa Həmidə Ömərovanın yubileyidir.
Azərbaycanlı gənclər Rusiyada ali kino təhsili almağa göndəriləcək
25/04/2017 - Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır.
5 6 7 8 9 10 11 12 13 14 15