Salayev Ayaz Ramiz Oğlu

Baş redaktor

Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olmuşdur. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsində təhsil almış və 1983-cü ildən 1985-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm" kinostudiyasında redaktor vəzifəsində çalışmışdır. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiraturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs demişdir. Onun 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən müsabiqələrdə iştirak etmiş və müxtəlif mükafatlar qazanmışdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.