• “Qalxan və qılınc” sənədli filminin təqdimatı

    Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən “Qalxan və qılınc” sənədli filminin təqdimatı keçirildi

  • Vaqif Mustafayev gənclərlə görüşüb

    Görkəmli rejissor, Respublikanın xalq artisti Vaqif Mustafayev “Azərbaycanfilm” kinostudiyasında gənclərlə görüşüb.

  • “Səs” filmi mükafata layiq görüldü

    “Səs” filmi beynəlxalq film festivalında mükafata layiq görüldü

“Azərbaycanfilm”in qısa tarixi

Rusiyanın XI Qızıl ordusunun Azərbaycanı işğal etdikdən və Sovet hakimiyyəti qurulduqdan bir az sonra, 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) yaradıldı. Bütün sahələrdə olduğu kimi kinoda da milliləşmə prosesi gedərək, özəl sektorun inkişafının qarşısı alındı.
AFKİ-i Bakıda keçmiş “Renessans” restoranının binasında Dövlət Kino fabrikinin (gələcək “Azərbaycanfilm” kinostudiyası) yaradılmasına başlandı və çox çəkmədi ki, aprelin 28-də Kinofabrikin açılışı oldu və dövlət kinofabrikində çəkilən ilk film “Qız qalası” filmi oldu. Filmi çəkmək üçün rejissor Ballyuzek Moskvadan dəvət olunmuşdu.

Новости