az en ru
  Xəbərlər
İçəri Şəhər filminin Hindistanda nümayişləri


27 yanvar 2017-ci il

“İçəri Şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” Beynəlxalq Film Festivallarının “Dünya kinosu” bölümündə 13, 19 yanvar tarixlərində Puna və 23 yanvar tarixində Mumbay şəhərlərində nümayiş olunub.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film həmçinin Misirin 38-ci Qahirə Beynəlxalq Film Festivalı, 47-ci Hindistan Beynəlxalq Film Festivalı (Qoa), Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Film Festivalı və Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.