az en ru
  Xəbərlər
Bizim Kino Günləri | Yarımçıq xatirələr


02 fevral 2017-ci il

Bu gündən etibarən “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Yarımçıq xatirələr” bədii filminin nümayişinə başlanılır. Elxan Cəfərovun hərbi-vətənpərlik mövzusunda lentə alınan yeni filminin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema”, “CinemaPlus” kinoteatrlar şəbəkəsində və Şüvəlan Mədəniyyət Evində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

Seanslar haqqında əlavə məlumat üçün:

Nizami Kino Mərkəzi: nizamicinema.az; 012 493 28 18

“Park Cinema” kinoteatrlar şəbəkəsi: parkcinema.az; 012 598 74 14; 119

“CinemaPlus” kinoteatralr şəbəkəsi: cinemaplus.az; 012 499 89 88; 119

Şüvəlan Mədəniyyət Evi: 012 459 02 15; 012 459 58 30

Qeyd edək ki. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan ekran əsəri 1941-ci ildə əfsanəvi Brest qalasında döyüşən və 50 il sonra Qarabağ müharibəsində yenidən əlinə silah alan əsgərdən bəhs edir.

Filmin ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamları Vadim Şafranskiy və Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Bəhruz Vaqifoğlu, Mixail Kaminskiy, Georgi Tsaava, Gülzar Qurbanova, İvan Matskeviç, Şamil Süleymanlı və digərləri canlandırırlar.

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, “Mədəniyyət.AZ” jurnalı, medeniyyet.info, “Mədəniyyət” qəzeti