az en ru
  Xəbərlər
Məryəm | YARAT Film Klub

 

01 fevral 2017-ci il

YARAT Müasir İncəsənət Mərkəzində “Məryəm” bədii-sənədli filminin nümayişi baş tutub. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə filmin yaradıcı heyəti iştirak edib.

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və yaradıcılığından ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.

“Məryəm” filminin ssenari müəllifi və bədii rəhbəri Xalq yazıçısı Elçin, quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, quruluşçu operatorları Elman Əliyev və Rauf Qurbanəliyev, quruluşçu rəssamları Məryəm Ələkbərli və Əziz Məmmədov, bəstəkarı Xəyal Məmmədov, icraçı prodüseri Tərlan Babayev, prodüseri Müşfiq Hətəmovdur.