az en ru
  Xəbərlər
Yeni sənədli filmlər nümayiş olunacaq


23 fevral 2017-ci il

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar 24 fevral tarixində, saat 17:00-da Nizami Kino Mərkəzində "Natiq Qasımov" və "Batalyon" sənədli filmləri nümayiş etdiriləcək.

Filmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

Azərbaycan xalqının qəhraman oğlu Natiq Qasımovdan bəhs edən "Natiq Qasımov" adlı yeni sənədli filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğlu, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri Emil İbrahimov, prodüseri Müşfiq Hətəmovdur.

"Yaddaş" sənədli filmlər studiyasında lentə alınan "Batalyon" filmi Tərtər batalyonunun Qarabağ müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolu və nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Abdulnəsir Kutiyev, prodüseri Cavid İmamverdiyevdir.