az en ru
  Xəbərlər
Bizim Kino Günləri layihəsi Xeyirlə Şərin rəqsi filmi ilə kinoteatrlarda


1 mart 2017-ci il

2 mart tarixindən etiarən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

Filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının Facebook səhifəsində yerləşdirələcək.

“Xeyirlə Şərin rəqsi” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Film Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında lentə alınıb. Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırırlar.

Seanslar haqqında əlavə məlumat üçün:

Nizami Kino Mərkəzi: nizamicinema.az; 012 493 28 18

“Park Cinema” kinoteatrlar şəbəkəsi: parkcinema.az; 012 598 74 14; 119

“CinemaPlus” kinoteatralr şəbəkəsi: cinemaplus.az; 012 499 89 88; 119

İnformasiya dəstəyi: ASAN Radio, Xəzər TV, “Mədəniyyət.AZ” jurnalı, medeniyyet.info, “Mədəniyyət” qəzeti