az en ru
  Xəbərlər
Aydın Dadaşovun 65 illik yubileyi

 

1 mart 2017-ci il

Bu gün Əməkdar İncəsənət xadimi, Dövlət mükafatı laureatı, tanınmış kinoşünas, ssenarist, rejissor Aydın Dadaşovun 65 yaşı tamam olur.

Aydın Ərşad oğlu Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Òåàtr, Ìusiqi və Kinematoqrafiya İnstitutunda (indiki Sankt-Peterburq Teatr Akademiyası) dram sənəti üzrə təhsil alıb.  1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib.

Aydın müəllim hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kinoşünaslıq» fakültəsinə rəhbərlik edir. Onun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası” dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur. 

1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan Aydın müəllimin onlarla filmin ərsəyə gəlməsində əvəzsiz xidmətləri olub.

"Azərbaycanfilm" kinostudiyasının kollektivi Aydın müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yaradıcılıq uğurları arzulayır!