az en ru
  Xəbərlər
Azərbaycan Prodüserlər Gildiyası

6 aprel tarixində “Ultra Production” şirkətinin ofisində “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin növbəti iclası keçirildi. İclasda Fikrin Bektaşinin təklif etdiyi 2017-2022-ci illər üzrə inkişaf strategiyasına uyğun tədbirlər planı, Fehruz Şamiyevin gənclər üçün nəzərdə tutulmuş pitçinq layihəsi, kommersiya və sənət filmlərinin yerli və əcnəbi kinoteatrlarda nümayişinin təşkili problemləri müzakirə olundu.