az en ru
  Xəbərlər
“Britaniya Film Baharı” festivalı və təlimlər

8 aprel 2017

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində British Council tərəfindən təşkil edilən “Britaniya Film Baharı” festivalında 28 aprel-4may tarixlərində Nizami Kino Mərkəzində qadınların çəkdiyi və qadınlara həsr olunan 6 film nümayiş olunacaq:

"Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills) - 28.04 - 19:00; 30.04- 14:30

"Etel və Ernest" (Ethel and Ernest) - 29.04 - 14:30; 01.05 - 14:30

"Mən, Deniel Bleyk" (I, Daniel Blake) - 30.04 - 18:30; 04.05 - 18:30

"Möhtəşəm Həyat” (This Beautiful Fantastic) - 01.05 - 18:30; 02.05 - 14:30

"Yan, Yan, Yan" (Burn, Burn, Burn) - 02.05 - 18:30; 03.05 - 14:30

"Daşqın" (The Levelling) - 03.05 - 18:30; 04.05 - 14:30

Filmlər ingilis dilində nümayiş olunacaq, "Yetkinlik Həyatının Bacarıqları" filmi Azərbaycan dilində altyazılarla təqdim olunacaq. Biletlərin qiyməti 2 AZN-dir. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.

“Britaniya Film Baharı” festivalı çərçivəsində British Council filmlərin nümayişi ilə yanaşı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və “Nərimanfilm” kino şirkəti ilə birgə ssenari müəllifləri üçün seminar təşkil olunacaq. Britaniyalı mütəxəssis, "Yetkinlik Həyatının Bacarıqları" filminin ssenari müəllifi Pol Freyzer 24-28 aprel tarixlərində Nizami Kino Mərkəzində ssenaristlər üçün 5 gün təlim keçəcək.

Təlimlərdə iştirak etmək üçün 1 A4 səhifə həcmində layihənin sinopsisini 12 aprelədək dilara.ibrahimova@britishcouncil.az email ünvanına göndərə bilərsiniz. Qadınlarla bağlı mövzulara üstünlük verilir. İştirak ödənişsizdir.

 Festival və təlimlər haqqında əlavə məlumat üçün: 012 4971593; dilara.ibrahimova@britishcouncil.az.