az en ru
  Xəbərlər
Kinostdiyada II Booktrailer festivalına hazırlıqlar

10 aprel 2017

“Azərbaycanfilm” kinostudiyasında II Buktreyler festivalına hazırlıqlarla əlaqədar ustad dərsləri keçirildi. Ustad dərslərində “Azərbaycanfilm” kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmov, ssenarist və rejissor Elçin Musaoğlu, bəstəkar Azər Hacıəsgərli çıxış edərək gənclərlə öz təcrübələri ilə bölüşdülər.

Qeyd edək ki, Buktreyler festivalı ikinci il ardıcıl olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilir. Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak şərtləri haqqında məlumat üçün: http://booktrailer.az/