az en ru
  Xəbərlər
Azərbaycan filmləri Alanya Beynəlxalq Film Festivalında

14 aprel 2017

“Çölçü”, “Həddən artıq uyğunluq”, “İçəri Şəhər” və “Qırmızı bağ” filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıblar. Festival 2-8 may tarixlərində Alanya şəhərində keçiriləcək.

Filmlərin nümayiş cədvəli və qonaqların siyahısını təqdim edirik.

“Həddən artıq uyğunluq” – 4 may, 16:30. Filmi quruluşçu rejissor Ülviyyə Könül və baş rolun ifaçısı Aydan Axundzadə təqdim edəcəklər.

“Qırmızı bağ” – 4 may, 21:00. Filmi senari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli, baş rolun ifaçısı Gülzar Qurbanova təqdim edəcəklər.

 “İçəri Şəhər” – 5 may, 21:00. Filmi ssenari həmmüəlifi və quruluşçu rejissor İlqar Safat, baş rolun ifaçısı Mehriban Zəki, həmçinin Anar Xəlilov təqdim edəcəklər.

“Çölçü” – 7 may, 14:00. Filmi quruluşçu rejissor Şamil Əliyev və baş rolun ifaçısı Bəhruz Vaqifoğlu təqdim edəcəklər.

Festivala tanınmış aktyor, Azərbaycanın Xalq artisti Fəxrəddin Manafov xüsusi qonaq kimi dəvət olunub.