az en ru
  Xəbərlər
Azərbaycanın Xalq artisti, aktrisa Həmidə Ömərovanın yubileyi

25 aprel 2017

Bu gün Azərbaycanın Xalq artisti, aktrisa Həmidə Ömərovanın yubileyidir.

Həmidə Məmməd qızı Ömərova 25 apreldə Bakıda anadan olub.  1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. 1979-1993-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyət göstərib. Filmlərə çəkilməklə yanaşı, Həmidə xanım 500-dən artıq bədii filmin səsləndirilməsində fəal iştirak edib.

Sevimli aktrisamızın yaratdığı təkrarolunmaz obrazlar tamaşaçıların böyük rəğbətini qazanıb, Azərbaycan kino tarixində özünəməxsus layiqli yer tutub. Həmidə xanımın yaradıcılığı Dövlət tərəfindən də yüksək qiymətləndirilib. Aktrisamız 2005-ci ildə Azərbaycan Xalq artisti fəxri adı ilə təltif olunub.

“Azərbaycanfilm” kinostudiyasının kollektivi Həmidə xanımı bir daha yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, bütün işlərində uğurlar diləyirik!