az en ru
  Xəbərlər
Xeyirlə Şərin rəqsi | Yarat Film Club

27 aprel 2017  

2 may saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. Film Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” povestinin motivləri əsasında ekranlaşdırılıb. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə Çingiz Abdullayev, Yavər Rzayev, filmin çəkiliş heyəti, baş rolların ifaçıları iştirak edəcəklər.

“Xeyirlə Şərin rəqsi” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər və digərləri canlandırırlar.