az en ru
  Xəbərlər
İçəri Şəhər | Worldfest Houston

28 aprel 2017 

İlqar Safatın “İçəri Şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında nümayiş olunur. Təhminə Rafaella «Ən yaxşı qadın rolu», Firdovsi Atakişiyev «Ən yaxşı ikinci plan kişi rolu» mükafatlarına nominant elan olunublar. Hyuston şəhərində keçirilən festivalda Təhminə Rafaella filmimizi təqdim edir.

 

İçəri Şəhər” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.

Ekran əsəri ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.