az en ru
  Xəbərlər
“Gənc Sinemaçılar Klubu” təsis edilib

3 may 2017

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc Sinemaçılar Klubu” təsis edilib. Klubun üzvləri Azərbaycanda və xaricdə profil üzrə təhsil almış iddialı gənc kinematoqrafçılardır. 2 may tarixində “Azərbaycan Prodüserlər Gildiyası” İctimai Birliyinin sədri, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov klub üzvləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib.