az en ru
  Xəbərlər
Xeyirlə Şərin rəqsi | Yarat Film Club

10 may 2017 

YARAT Müasir İncəsənət Mərkəzində Yavər Rzayevin “Xeyirlə Şərin rəqsi” tammetrajlı bədii filminin nümayişi keçirildi. Film Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” əsərinin motivləri əsasında ekranlaşdırılıb. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayişdə Çingiz Abdullayev, Yavər Rzayev, filmin çəkiliş heyəti, baş rolların ifaçıları iştirak ediblər.

“Xeyirlə Şərin rəqsi” bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Yeni ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi və Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər, Münəvvər Əliyeva, Səbinə Məmmədova və digərləri canlandırırlar.