az en ru
  Xəbərlər
VQİK-də təhsil almaq üçün sənədlərin qəbulu davam edir

 

Rusiyada ali kino təhsili almaq istəyənlərin nəzərinə!

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb. 

Daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

Abituriyentlərin lazım olan sənədləri rus dilində 15 iyunadək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur. Hər bir ixtisas üzrə lazım olan sənədlərin siyahısı ilə www.vgik.info internet səhifəsində tanış olmaq olar.

Ətraflı məlumat üçün əlaqə məlumatları:

AR Kinematoqrafçılar İttifaqı - 012 5974804; 051 4274103
www.arki.az; Email: arki.2012@mail.ru

“Azərbaycanfilm” kinostudiyası – 1 Moskva pr. AZ1012; Tel: 012 5301341
www.azerbaijanfilm.az; Email: info@azerbaijanfilm.az