az en ru
  Xəbərlər
Azərbaycanlı məşhur sənətçilər Türkiyədə mükafatlarla təltif olundular

02 iyun 2017

Mayın 29-u Türkiyədə keçirilən Alanya Beynəlxalq Film Festivalı yekunlaşdı. Festivalda Azərbaycan dörd tammetrajlı bədii film ilə təmsil olundu. Bu, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan Şamil Əliyevin “Çölçü”, Ülviyyə Könülün “Həddən artıq uyğunluq”, İlqar Safatın “İçəri Şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” filmləridir. Festivalda iştirak edən fəxri qonaq, Xalq artisti Fəxrəddin Manafov, Əməkdar artistlər Mehriban Zəki (“İçəri Şəhər” filmi), Gülzar Qurbanova(“Qırmızı bağ” filmi), Bəhruz Vaqifoğlu (“Çölçü” filmi), Əməkdar İncəsənət xadimi, rejissor Mirbala Səlimli, rejissorlar Şamil Əliyev, İlqar Safat mükafatlarla təltif olunublar.

Festival çərçivəsində Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna və Estoniya istehsalı olan filmlər Alanya İskele Meydanında yerləşən açıq səma altında kinoteatrda ve Alanya Mahmutlar Mədəniyyət Mərkəzində yaradıcı heyətin və türkiyəli media nümayəndələrinin iştirakı ilə nümayiş olunub.