• 1923-cü ildən etibarən xidmətinizdəyik!
  • “Qırmızı bağ” Türkiyədə təltif olundu

    "Qırmızı bağ" filmi üç "Altın kemaça" mükafatına layiq görüldü.

  • Üçüncü günün adamı

    Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb.

  • "Nar bağı" mükafatlara layiq görüldü

    İlqar Nəcəfin “Nar bağı” filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.

“Azərbaycanfilm”in qısa tarixi

Rusiyanın XI Qızıl ordusunun Azərbaycanı işğal etdikdən və Sovet hakimiyyəti qurulduqdan bir az sonra, 1923-cü ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Foto Kino İdarəsi (AFKİ) yaradıldı. Bütün sahələrdə olduğu kimi kinoda da milliləşmə prosesi gedərək, özəl sektorun inkişafının qarşısı alındı.
AFKİ-i Bakıda keçmiş “Renessans” restoranının binasında Dövlət Kino fabrikinin (gələcək “Azərbaycanfilm” kinostudiyası) yaradılmasına başlandı və çox çəkmədi ki, aprelin 28-də Kinofabrikin açılışı oldu və dövlət kinofabrikində çəkilən ilk film “Qız qalası” filmi oldu. Filmi çəkmək üçün rejissor Ballyuzek Moskvadan dəvət olunmuşdu.

Xəbərlər