az en ru
  Xəbərlər
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

 

22 sentyabr 2017

15 N-li Bakı Peşə Liseyi, 5 N-li Bakı Peşə Məktəbi və 13 N-li Bakı Peşə Məktəbinin bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi yaradılıb. Mərkəzə qəbul Asan Xidmət vasitəsilə həyata keçirilir. Ödənişli təhsil müddəti 1 il, dövlət hesabına 2 ildir.

Mərkəzdə kino və teatr sahələri ilə əlaqədar aşağıdakı ixtisaslar üzrə təhsil aparılır:

5 N-li Bakı Peşə Məktəbi:

Video çəkilişi üzrə operator

Kinomontajçı

Səs operatoru

İşıq operatoru

Tədbir və mərasimlərin təşkili üzrə təşkilatçı

İnteryer və eksteryerlərin bədii tərtibatçısı

Qrimçi-pastijor

Kostyum ustası və dərzi

Ünvan: Buzovna qəs. H.Eyvazov küç. 28

 

13 N-li Bakı Peşə Məktəbi:

Dekorator

Dərzi

Tikiş avadanlıqlarının operatoru, tikişçi

Geyim üzrə dizayner

Kostyum ustası və dərzi

Ünvan: Maştağa qəs. Seyid İbadağa küç. 31

 

15 N-li Bakı Peşə Liseyi:

Geyim üzrə dizayner

Kostyum ustası və dərzi

Ünvan: 1-ci Zabrat qəs. Ruhulla Axundov küç. 14 

Kadrlar hazırlamaq məqsədilə Mərkəz texniki və əyani vəsaitlərlə təchiz olunub. Tədris proqramı ilə 100 nəfərdən artıq istehsalat təlimi ustaları – pedaqoji işçi heyəti məşğuldur.

İxtisasların tam siyahısı, təhsil proqramı və qəbul şərtləri haqqında əlavə məlumat üçün Mərkəzə müraciət edə bilərsiniz.

Ünvan: Bakı, Xəzər r-nu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küç. 28.

Əlaqə telefonu: 012 453 10 25