az en ru
  Xəbərlər
“Çölçü” filmi finala çıxdı.

 “Azərbaycanfilm”in istehsalı olan Şamil Əliyevin “ÇÖLÇÜ” filmi BLOWUP FILM FEST ÇİKAQO BEYNƏLXALQ ART-HOUSE FİLM FESTİVALININ (CHICAGO INTERNATIONAL ART-HOUSE FILM FESTIVAL BLOWUP FILM FEST ) müsabiqəsini uğurla adlayaraq FİNALA çıxdı. Bu mərhələdə iki mükafat uğrunda NAMİZƏD kimi mübarizəyə qatıldı:
1. Ən yaxşı bədii film – ANTONİONİ MÜKAFATI
2. Ən yaxşı rejissor – TARKOVSKİ MÜKAFATI 


Mükafatlandırma mərasimi 2017-ci il noyabrın 12-də keçiriləcək.
Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 33 (otuz üç) Beynəlxalq kinofestivalda və forumlarda uğurla iştirak etmişdir.