az en ru
  Xəbərlər
"Nar bağı" bədii filmi COTTBUS FİLM FESTİVALINA dəvət alıb

     "Azərbaycanfilm" kinostudiyasının və "Buta Film" kino şirkətinin birgə istehsalı olan "Nar bağı" bədii filmi COTTBUS FİLM FESTİVALINA dəvət alıb. Və film festivalın əsas mükafatı olan "LUBINA" mükafatı üçün mübarizəyə qatılacaq.

    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.