az en ru
  Xəbərlər
"Nar bağı" bədii filmi KERALA BEYNƏLXALQ FİLM FESTİVALINDA

 

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınmış "Azərbaycanfilm" və "Buta Film"-in birgə istehsalı olan "Nar bağı" bədii filmi 8-15 dekabr tarixlərində keçiriləcək 22-ci KERALA BEYNƏLXALQ FİLM FESTİVALININ beynəlxalq müsabiqəsində mübarizəyə qatılacaq.

Qeyd edək ki, filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.