az en ru
  Xəbərlər
"Həddən artıq uyğunluq" bədii filmi DEHLİ BEYNƏLXALQ FİLM FESTİVALINDA

 

"Həddən artıq uyğunluq" bədii filmi 6-cı DEHLİ BEYNƏLXALQ FİLM FESTİVALINA dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilən filmin ssenari müəllifləri Ramiz Fətəliyev, Aleksandr Mərdan, quruluşçu rejissoru Ülviyyə Könül, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Tural Əsədov, Aydan Axundzadə, Yevgeniya Orucova, Afaq Bəşirqızı, Kamran Ağabalayev və digərləri canlandırıblar.