az en ru
  Xəbərlər
"Nar bağı" bədii filmi Minsk Beynəlxalq Film Festivalı "Listapad"-da ən yaxşı ssenari mükafatına layiq görülüb.
 

 "Azərbaycanfilm" kinostudiyasının və "Buta film"-in birgə istehsalı olan "Nar bağı" bədii filmi Minsk Beynəlxalq Film Festivalı "Listapad"-da ən yaxşı ssenari mükafatına layiq görülüb. Filmin aktyoru Qurban İsmayılov isə diplomla mükafatlandırılıb.
Qeyd edək ki, İlqar Nəcəfin rejissoru olduğu filmin ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir.