ÜZEYİR HACIBƏYOV

(18.09.1885-23.11.1948) 

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov - dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, EA akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).Azərbaycan Əməkdar İncəsənət Xadimi (1935). SSRİ Xalq Artisti (1938), SSRİ Dövlət Mükafatı Laureatı (1941,1946)Azərbaycan EA akademiki (1945)Stalin Mükafatı laureatı ("Arşın Mal Alan" kinofilminin musiqisinin müəllifi kimi 1946) "Lenin Ordeni", "Qırmızı Əmək Bayrağı" Ordeni

Filmoqrafiya

Arşın mal alan (film, 1917)
Arşın mal alan (film, 1945)
Arşın mal alan (film, 1965)
O olmasın, bu olsun (film, 1956)