QARA QARAYEV

(05.02.1918-13.05.1982)

Qara Əbülfəz oğlu Qarayev - görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu. SSRİ Xalq artisti (1959) 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1959–cu ildə SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki.1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuş, həmin il "Qırmızı Əmək Bayrağı" ordeni ilə mükafatlandırılmışdır.
1965–ci ildə "Antoni və Kleopatra" tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafatın laureatı. 1967-ci ildə "İldırımlı yollarla" baletinə görə Lenin mükafatı və Lenin ordeni ilə təltif olunmuşdur.1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.

Filmoqrafiya: 

Ordenli Azərbaycan (film, 1938)
Bir ailə (film, 1943)
Xəzər dənizçiləri (film, 1944)
Axşam konserti (film, 1948)
Bakının işıqları (film, 1950)
Mingəçevir (film, 1950)
Xəzər neftçiləri haqqında dastan (film, 1953)
Doğma xalqıma (film, 1954)
Bir məhəllədən iki nəfər (film, 1957)
Onun böyük ürəyi (film, 1958)
Uzaq sahillərdə (film, 1958)
Dənizi fəth edənlər (film, 1959)
Əsl dost (film, 1959)
Matteo Falkone (film, 1960)
Leyli və Məcnun (film, 1961)
İnsan məskən salır (film, 1967)
Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)
Bülbül (film, 1968)
Üçüncü simfoniya (film, 1968)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-musiqisindən istifadə edilən bəstəkar
Respublikam haqqında həqiqət (film, 1972)
Dostluq himni (film, 1974)
Qara Qarayev-60 (film, 1978)
Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)
Nəğməkar torpaq (film, 1981)
Üzeyir ömrü (film, 1981)
Nizami (film, 1982)
Yeddi gözəl (film, 1982)
Ürək nəğməsi (film, 1989)
Tikdim ki, izim qala. III film (film, 1998)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Hər şey olduğu kimi. Əminə Dilbazi (film, 2000)
80 kilometr yerin altı ilə (film, 2002)(qısametrajlı sənədli film)(ANS tv)
Bəxtiyar Vahabzadə (film, 2003)
Qara Qarayev (film, 2003)
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstəkar
Nəfəs alətləri (film, 2004)
Bakı xoreoqrafiya məktəbi 2005 (film, 2005)
Böyük ömrün anları (film, 2006)
Əlvida, cənub şəhəri (film, 2006)
Bağ yerində (film, 2007)
Qəmbər Hüseynli (film, 2007)
Qızlar (film, 2007)
Maestro Niyazi (film, 2007)
Həqiqətin özü (film, 2008)
Üfüqü ötənlər (film, 2011)