RAUF HACIYEV

(15.05.1922-19.09.1995) 

Rauf Soltan oğlu Hacıyev - bəstəkar. AR və SSRİ xalq artisti (1978). Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur. Kino bəstəkarı. Müxtəlif mövzulu operettalar, "Gənclik" simfoniyası, skripka ilə simfonik orkestr üçün Konsert, yeddi operetta,   bəstələmişdir. 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı yaranmışdır.

Filmoqrafiya:

Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-musiqisindən istifadə edilən bəstəkar
Azərbaycan elləri (film, 1976)
Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
Bəstəkar Rauf Hacıyev (film, 1982)
Bir qalanın sirri (film, 1959)
Çiçəklənən Abşeron (film, 1967)
Əhməd haradadır? (film, 1963)
Əmək və qızılgül (film, 1962)
Heydər Əliyev. Doqquzuncu film. Patriot (film, 2004)
Hədiyyələr, həyəcanlar... (film, 2007)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Kommunist haqqında poema (film, 1977)
Kölgələr sürünür (film, 1958)
Qara daşlar (film, 1956)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Maestro Niyazi (film, 2007)
Nizami (film, 1941)
Onun 150 yaşı var (film, 1958)
Ordan-burdan (film, 1987)
Romeo mənim qonşumdur (film, 1963)
Səadət və əmək mahnıları (film, 1957)
Tikdim ki, izim qala. III film (film, 1998)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)