CAHANGİR CAHANGİROV

(20.06.1921 – 25.03.1992)

Cahangir Şirgəşt oğlu Cahangirov – bəstəkar, pedaqoq, xormeyster. Azərbaycanın xalq artisti (1963). Yaradıcılığında xor musiqisi janrı əsas yer tutur.
Solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" vokal-simfonik poemasının (1949), "Dostluq haqqında mahnı" (1956), "Füzuli" (1959), "Nəsimi" (1973) kantatalarının, "Sabir" (1962), "Hüseyn Cavid-59" (1984), "Böyük qələbə" (1985) oratoriyalarının, "Azad" (1957), "Müğənninin taleyi" (1978) operalarının və digər əsərlərin müəllifidir. 1949-cu ildən başlayaraq Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. Əməkdar incəsənət xadimi (1959), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950) 

Filmoqrafiya:

Arazın sahillərində (film, 1953)
Bahar rəqsləri (film, 1962)
Bəxtiyar Vahabzadə (film, 2003)
Dağlarda döyüş (film, 1967)
Dəli Kür (film, 1969)
Evlənmək istəyirəm (film, 1983)
Gədəbəyin sərvəti (film, 1950)
Koroğlu (film, 1960)
Mahnı qanadlarında (film, 1973)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Qatır Məmməd (film, 1974)
Qızıl uçurum (film, 1980)
Respublikam haqqında həqiqət (film, 1972)
Yalçın (film, 2004)
Yenilməz batalyon (film, 1965)