TOFİQ QULİYEV

(07.11.1917-04.10.2000) 

Quliyev Tofiq Ələkbər oğlu - bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi. Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb. Azərbaycan SSR Xalq Artisti (1964) Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958) Azərbaycan SSR Dövlət Mükafatı Laureatı. SSRİ Qırmızı Əmək Bayrağı Ordeni ( iki dəfə ),SSRİ "Şərəf nişanı" ordeni, Xəzər Universiteti nin fəxri doktoru


Filmoqrafiya:

İyirminci bahar (film, 1940)
Səbuhi (film, 1941)- bəstəkar
Qayğı (film, 1943)
Bakı döyüşür (film, 1944)
Qardaşlıq köməyi (film, 1944)
Şəfa nəğməsi (film, 1944)
Əbədi odlar ölkəsi (film, 1945)
İran Azərbaycanının paytaxtında (film, 1945)
Qələbə bayramı (film, 1945)
Çağırışa cavab (film, 1947)
Sovet Azərbaycanı (film, 1948)
Sovet Azərbaycanı (film, 1950)
Doğma xalqıma (film, 1954)
Alagöz yaylağında (film, 1955)
Bəxtiyar (film, 1955)- bəstəkar
Görüş (film, 1955)- bəstəkar
Qızmar günəş altında (film, 1957)- bəstəkar
Bakı və bakılılar (film, 1958)
Ögey ana (film, 1958)- bəstəkar
Onu bağışlamaq olarmı? (film, 1959)- bəstəkar
Telefonçu qız (film, 1962)- bəstəkar
Möcüzələr adası (film, 1963)- bəstəkar
Əbədi qardaşıq (film, 1965)
Sən niyə susursan? (film, 1966)- bəstəkar
Azərbaycan elmi (film, 1969)
O qızı tapın (film, 1970)- bəstəkar
Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
Mahnı qanadlarında (film, 1973)
Nəsimi (film, 1973)- bəstəkar
1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Dərviş Parisi partladır (film, 1976)- bəstəkar
Xoşbəxtlik qayğıları (film, 1976)- bəstəkar
Şir evdən getdi (film, 1977)- bəstəkar
Qayınana (film, 1978)- bəstəkar
Əlavə iz (film, 1981)- bəstəkar
Nəğməkar torpaq (film, 1981)
Əzablı yollar (film, 1982)- bəstəkar
Musiqi müəllimi (film, 1983)- bəstəkar
Damğa (film, 1984)
Layiqli namizəd (film, 1984)
Tənha narın nağılı (film, 1984)- bəstəkar
Cinayətin astanası (film, 1985)
Sökmək asandır... (film, 1985)
Xüsusi vəziyyət (film, 1986)- bəstəkar
Küləyapardı (film, 1986)
Mən Bakıda yaşayıram (film, 1986)
Sürəyya (film, 1987)- bəstəkar
Ürək nəğməsi (film, 1989)
Nakəs (film, 1991)- bəstəkar
Özüm və zaman haqqında (film, 1991)
Qayıdış (film, 1992)
Göylər sonsuz bir dənizdir. II film. Züleyxa (film, 1995)
Hər şey yaxşılığa doğru (film, 1997)
Tikdim ki, izim qala. II film (film, 1997)
Kədərimiz... vüqarımız... (film, 1998)
Tikdim ki, izim qala. III film (film, 1998)
Məhv olmuş gündəliklər (film, 1999)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Mirzə Babayev (film, 2001)
Musiqişünas (film, 2001)
Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(Aztv)-musiqisindən istifadə edilən bəstəkar
Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Azərbaycan naminə (film, 2005)
Unudulmuş qəhrəman (film, 2005)
Ailəm (film, 2006)
Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
Bakı bağları. Mərdəkan (film, 2007)
Bakı bağları. Türkan (film, 2007)
Qəmbər Hüseynli (film, 2007)
Absurdistan (film, 2008)(tammetrajlı bədii film)-musiqisindən istifadə edilib)
Ürək Yaman Şeydir... (2009)
İstanbul reysi (film, 2010)