MÜSLÜM MAQOMAYEV

(17.08.1942-25.10.2008)

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, Bakı konservatoriyası nəzdindəki musiqi məktəbində oxumuş, 1956-cı ildə A.Zeynallı adına Bakı musiqi məktəbinə qəbul olunub. Maqomayevin şöhrətə gedən yolu çox qısa olub. Heç 18 yaşı tamam olmamış Helsinki festivalında onu minlərlə tamaşaçı dinləyib. Müslüm Maqomayevin yaradıcılığı kinematoqrafçıların diqqətindən yayınmamış və o. "Oxuyur Müslüm Maqomayev”, "Nizami”, "Yarımçıq qalmış mahnı” və "Moskva notlarda” filmlərində çəkilməyə dəvət almışdır. Bununla yanaşı sənətkar oynadığı və oynamadığı neçə-neçə filmin bəstəkarı olub.


Filmoqrafiya

"Yarımçıq qalmış mahnı” (1979)
"Gümüşgöl əfsanəsi” (1984)
"Burulğan” (1986)
"Təxribat” (1990)
"Nə gözəldir bu dünya...” (1999)