XAN BABAYEV

(22.03.1919-29.05.1967,  Lənkəran)
Azərbaycan Dövlət Politexnikumunun elektronika fakültəsində (1931-1937), ÜDKİ-nun kinooperatorluq fakültəsində təhsil alıb (1938-1950, Boris Volçekin emalatxanası). Müharibə ilə bağlı olaraq oranı yalnız 1950-ci ildə bitirib. Müharibədən əvvəl müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləyib. 1950-ci ildən "Azərbaycanfilm" kinostudiyasında kinooperator işləmişdır. Xan Babayevi kinematoqrafda "təbiətin tərənnümçüsü" adlandırmaq olar. Onun çəkdiyi "Ögey ana", "Böyük dayaq", "Yenilməz batalyon" və s. filmlərdə təbiət adi fon rolunu oynamır, bu filmlərdə fon personaj kimi fəaliyyətdədir. Azərbaycan, onun meşələri, dağları, dərələri, gözəl bağları, çayları ekranda sanki cana gəlir, tamaşaçı ilə ünsiyyətdə olur. Xan Babayev əsl Azərbaycan milli kinooperatoru, doğma torpağın nəğməkarı idi. 
 
Filmoqrafiya:
Azərbaycan mədəniyyətinin baharı (film, 1959)
Bakının işıqları (film, 1950)
Böyük dayaq (film, 1962)
Çağırışa cavab (film, 1947)
Doğma xalqıma (film, 1954)
Gədəbəyin sərvəti (film, 1950) 
Korun mahnısı (film, 1961)
Qara daşlar (film, 1956)
Mahnı bayramı (film, 1954)
Neft kəşfiyyatçıları (film, 1952)
Ögey ana (film, 1958)
Respublika stadionu (film, 1951) 
Səadət və əmək mahnıları (film, 1957)
Şanlı, qeyri-adi il (film, 1960) 
Yeni həyat qurucuları (film, 1949)
Yenilməz batalyon (film, 1965)