RZA TƏHMASİB

(20.04.1894-14.02.1980)

1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. İlk işi - Bakı studiyasında "Ordenli Azərbaycan"(1937) sənədli filmidir. 1943-cü ildə  "Səbuhi" filminə quruluş verdı. Bu, Rza Təhmasibin bədii kino sahəsində ilk rejissorluq işi idi. Kinoda rejissor kimi ən uğurlu işi "Arşın Mal Alan" filmi oldu. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko ilə birgə yaratdığı bu film SSRİ Dövlət mükafatına layiq görüldü. 1950-ci ildə A.Zarxi və M.Xeyfitslə birlikdə "Bakının İşıqları", 1959-cu ildə Mikayıl Mikayılovla "Mahnı Belə Yaranır" filmlərinə quruluş verib. Kinoda ilk sərbəst rejissor işi isə "Onu bağışlamaq olarmı?" filmi oldu. Kinossenarist, yazıçı Məmmədhüseyn Təhmasibin qardaşıdır.
Azərbaycan Əməkdar İncəsənət Xadimi (1946)
SSRİ Dövlət Mükafatı Laureatı (1946)
Azərbaycan Xalq Artisti (1964)
"Şərəf Nişanı" Ordeni

Filmoqrafiya:

Aktrisanın təbəssümü (film, 1974)
Almaz (film, 1936)
Arşın mal alan (film, 1945)
Azərbaycan SSR-nin 15 illiyi (film, 1935)
Bakıda küləklər əsir (film, 1974)
Bakının işıqları (film, 1950)
Balıqçılar (film, 1927)
Bir ailə (film, 1943)
Ən vacib müsahibə (film, 1971)
Fətəli xan (film, 1947)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İncəsənət veteranı (film, 1966)
Qanun naminə (film, 1968)
Mahnı belə yaranır (film, 1957)
Onu bağışlamaq olarmı? (film, 1959)
[[Ordenli Azərbaycan (film, 1938)
Səbuhi (film, 1941)