HÜSEYN SEYİDZADƏ

(19.10.1910-02.06.1979)  

1928-ci ildə Bakı İşçi Teatrında kütləvi səhnələrdə oynamağa başlayıb, bir il sonra isə həmin teatrın aktyoru olub. 1929-cu ildə Leninqrada, Dövlət Fəhlə Gənclər Teatrında kurs keçməyə göndərilib. 1930-cu ildə kinostudiyaya gəlib və ömrünün sonuna qədər burada çalışıb. 1931-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinin Lev Kuleşov və Sergey Eyzenşteynin sinfini bitirib. 

Filmoqrafiya: 

Bakılılar (film, 1938)
Bir ailə (film, 1943)
Bütün qadağaların fövqündə (film, 2002)
Dəli Kür (film, 1969)
Doğma xalqıma (film, 1954)
Əbədi odlar ölkəsi (film, 1945)
Əlsiz adamlar (film, 1932)
Fəallıq (film, 1975)
İlk komsomol buruğu (film, 1930)
İşgüzar adamlar (film, 1977)
Koroğlu (film, 1960)
Qayınana (film, 1978)
Qədəmlərin mübarək (film, 1976)
O olmasın, bu olsun (film, 1956)
Sovqat (film, 1942)
Var olun, qızlar... (film, 1972)
Yenilməz batalyon (film, 1965)