RAMİZ ƏSGƏROV

(09.02.1937-27.07.1967)

1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil alıb. İlk bədii filmi N.Hikmətin "Romantika" əsəri əsasında A.Voyazislə birgə çəkdiyi "Həyat gözəldir, qardaşım!" (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinomatoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. "Mən ki, gözəl deyildim" bədii filminə quruluş verib (A.Quliyevlə birgə), filmin çəkilişi zamanı həlak olub.


Filmoqrafiya:

Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Əzim Əzimzadə (film, 1967)
Mən ki gözəl deyildim (film, 1968)