RASİM OCAQOV

(22.11.1933-07.06.2006)

Gənclik illərində foto ilə maraqlanıb. Həvəskar şəkillər çəksə də arzusu geoloq olmaq idi. Kinoya gəlişi isə birdən-birə olub. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işlərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir. ÜDKİ-nun kinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. 1956-cı ildən "Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi çalışmağa başlayır. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1977). 1973-cü ildən quruluşçu-rejissor çalışıb. 1990-cı ildən "Ocaq” müstəqil studiyasının rəhbəri idi. Əməkdar incəsənət xadimi (1967), Çeçen-İnquş əməkdar incəsənət xadimi (1964), xalq artisti (1982), Azərbaycanın (1980) və SSRİ-nin (1981) dövlət mükafatları laureatı.

Filmoqrafiya:

Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)-quruluşçu operator
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-quruluşçu rejissor
Alayarımçıq (film, 1984)
Arayış (film, 1986)
Arzu (film, 1972)
Azərbaycan kinosu-80 (film, 1996)
Azərbaycanın səhnə ustaları (film, 1965)
Bağlı qapı (film, 1981)
Bakı bu gün (film, 1958)
Bəhrə (film, 1984)
Bir cənub şəhərində (film, 1969)
Bir məhəllədən iki nəfər (film, 1957)
Bizim küçə (film, 1961)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çardaş (film, 1973)
Çay daşının göz yaşı... (film, 1971)
Çexski unitaz (film, 1985)
Çiçək yağışı (film, 1971)
Çıxış yolu (film, 1984)
Dağıstan konserti (film, 1964)
Əlavə iz (film, 1981)
Əmək və qızılgül (film, 1962)
Ən vacib müsahibə (film, 1971)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Əsl dost (film, 1959)
Fövqəladə hadisə (film, 1982)
Gözdən uzaq... (film, 1985) (I)
Hami (film, 1981)
Heyif siqnalından (film, 1978)
Həm ziyarət, həm ticarət... (film, 1995)
Xəbərdarlıq (film, 1984)
İcazə (film, 1972)
İntizam (film, 1983)
İstintaq (film, 1979)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Konsert proqramı (film, 1964)
Qatır Məmməd (film, 1974)
Qətldən yeddi gün sonra (film, 1991)
Mastika (film, 1986)
Matteo Falkone (film, 1960)
Metamarfoza (film, 1983)
Məhəbbət haqqında əfsanə (film, 1967)
Məhəmməd Füzuli (film, 1958)
Məhkumlar (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
"...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
Məsələ yerdə deyil... (film, 1985)
Müşavirə (film, 1971)
Onun böyük ürəyi (film, 1958)
Otel otağı (film, 1998)
Ögeylik (film, 1985)
Ölsəm... bağışla (film, 1989)
Ömrün ilk saatı (film, 1973)
Özgə ömür (film, 1987)
Özgə vaxtın doğma anları (film, 2002)
Park (film, 1984)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Rəngli yuxu (film, 1982)
Sən niyə susursan? (film, 1966)
Skripkanın sərgüzəşti (film, 1972)
Süd dişinin ağrısı (film, 1987)
Şur (film, 1967)
Təhminə (film, 1993)
Tütək səsi (film, 1975)
Uzaq sahillərdə (film, 1958)
Yolda əhvalat (film, 1960)