ABBAS MİRZƏ ŞƏRİFZADƏ

12.12.1893- 04.12.1938

Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. İlk dəfə 1908-ci ildə Molyerin "Zorən təbib” əsərində epizodik rolda oynayan Şərifzadə düz iki ildən sonra "Maarif” cəmiyyəti nəzdində yaradılan teatr kollektivinə qəbul olunur. Şərifzadə Azərbaycan teatrı səhnəsi tarixində ilk dəfə Hamleti oynayan sənətkar kimi qaldı. Aktyorluqla yanaşı teatrda rejissor edən Şərifzadənin təəssüf ki, tamaşaların heç birinin lenti qorunub saxlanılmayıb. Onun adı Azərbaycan kino sənəti tarixində də birincilər sırasındadır. "Bismillah”, "Hacı Qara”, "Gilan qızı”, "Məhəbbət oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

1937-ci ildən sonra Şərifzadə repressiya həyatı yaşayıb. O 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. 1938-ci ilin noyabrın 16-da isə güllənilərək öldürülüb.

Filmoqrafiya

Sənədli film

"Azərbaycana səyahət” 1924           

"Şaxsey-vaxsey” 1925  

Bədii film

"Bismillah” 1925

"Hacı Qara”   1928   

"Məhəbbət oyunu” 1935